Pol Hekinqbottom 2023-2024 mövsümündə İngiltərə Premyer Liqasında məşqçi qovulmasının ilk qurbanı olacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Dekabrın 4-də “Şeffild Yunayted” rəhbərliyi 46 yaşlı mütəxəssisi istefaya göndərəcək. Komanda 14 turda cəmi 5 xal toplayıb və turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.

Qeyd olunur ki, Hekinqbottomu 2021-ci ildə “Şeffild Yunayted”dən ayrılmış "Blades"in keçmiş baş məşqçisi Kris Uaylder əvəzləyə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest