“Real” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, İspaniya klubu ukraynalı qapıçısı Andrey Lunini daha bir il komandada saxlamaq qərarına gəlib.
 
Ukrayna millisinin üzvü mövsümün sonuna qədər olan sözləşməsini daha bir il uzadıb. Lunin artıq 2025-ci ilin yayına qədər “kral klubu”na məxsusdu.
 
Qeyd edək ki, Andrey Lunin 2018-ci ildən “Real”da çıxış edir. O, bu mövsüm 7 oyun keçirib, 4 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest