06 Dekabr 2023, 15:08
FUTBOL
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən oyunlarla bağlı diqqətçəkən qərarlar verib. Matc.az xəbər verir ki, komitə təkcə futbolçuların sarı vərəqə limitini aşma və qırmızı vərəqə almalarına görə, cəza kəsməyib.
Məsələn, “Araz Saatlı” ilə görüşdən əvvəlki iclasda nümayəndəsi iştirak etməyən “İrəvan” 80 manat cərimələnib. Həmin matçda PFL Əsasnaməsinin tələbi pozan “Araz Saatlı” da 50 manat ziyana düşüb.
“Kəpəz” – “Baku Sportinq” görüşünün hər iki hissəsi ikincilərin meydançaya gec çıxması səbəbindən gec başlayıb. Bu üzdən “Baku Sportinq” 150 manat cərimə olunub.
“Mingəçevir”lə ev görüşünün 87-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə, “İmişli” 150 manat cərimələnib.