Bununla Azərbaycan millisi ilk iki gündən sonra komanda hesabında 1-ci yerdə qərarlaşıb. Yığmamızın aktivində 100 xal var. Rusiya 95 xalla ikinci, Türkiyə isə 87 xalla üçüncü pillədədi.
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, ilk iki gündə sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb.
Qitə birinciliyinə olduqca uğurlu start götürən yığmamız artıq 5 medal qazanıb. Belə ki, Hacı Əliyev (65) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Nurməhəmməd Hacıyevlə (97 kq) Mahir Əmiraslanov (57 kq) isə bürünc mükafata yiyələnib.
Bununla Azərbaycan millisi ilk iki gündən sonra komanda hesabında 1-ci yerdə qərarlaşıb. Yığmamızın aktivində 100 xal var. Rusiya 95 xalla ikinci, Türkiyə isə 87 xalla üçüncü pillədədi. Sıralamada dördüncü olan Ukrayanın 43 xalı var. İlk "beşliy"i Belarus tamamlayır - 38 xal.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərimiz daha 3 medal qazana bilər. Şərif Şərifov (92 kq) "qızıl", Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) isə "bürünc" uğrunda yarışacaq.