“Real”ın futbolçuları və baş məşqçisi Karlo Ançelotti klubun televiziyasının işindən narazıdı. Matc.az xəbər verir ki, onlar vaxtaşırı hakim səhvlərinin təhlilinə həsr olunmuş yüksək profilli videoların yayımlanmasından narahatdı.

Ançelotti hesab edir ki, belə videoların tez-tez paylaşılması və epizodların təhlili komanda ətrafında neqativlik yaradır. Futbolçular isə bu üzdən gərginlik hiss edirlər. Həmçinin bu cür videolara görə kluba əlavə də olur.

Qeyd edək ki, “Real” İspaniya La Liqasında 26 turdan sonra 65 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest