“Milan” sol cinah müdafiəçisi Teo Ernandesi satmağa razılıq verib. Matc.az xəbər verir ki, italyanlar “Bavariya”nın israrı qarşısında “yox” cavabını verməmək qərarına gəlib.

Lakin “rossonyerlər”in bunun üçün almanlara şərti var. Belə ki, “Milan” 26 yaşlı oyunçu üçün təxminən 70-80 milyon avro qazanc götürməyi planlaşdırır. “Bavariya” Fransa millisinin üzvünə komandadan ayrılması gözlənilən Alfonso Deyvisə potensial əvəzləyici qismində görür. Eyni zamanda İngiltərə və Səudiyyə Ərəbistanı klubları da Ernandeslə maraqlanır.

Qeyd edək ki, Teo Ernandes bu mövsüm 33 oyunda meydana çıxıb 4 qol, 9 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest