"Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyevin küçə davasında burnunu qırdığı amerikalıya şikayət etməməsi üçün nə qədər kompensasiya ödədiyi bəlli olub. Matc.az saytının məlumatına görə, bu barədə Rusiyanın "Mash" kanalı xəbər yayıb.

Bildirilib ki, Quliyev 29 yaşlı ABŞ vətəndaşı Maykl Kou Con Eliyə 155 min rubl (təxminən 4 min azn) ödəyib. Amma zərərçəkənin bu məbləğdən narazı qaldığı, futbolçudan daha artıq pul tələb etdiyi qeyd edilib.

Bu insidentdən sonra "Spartak" oyunçunu fantastik məbləğdə (5 milyon rubl) cərimələmiş, özünü isə ikinci heyətə yollamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest