Afrika qitəsində martın ən yaxşı futbolçuları müəyyənləşib. Matc.az xəbər verir ki, 7 oyunçu arasında “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia da yer alıb.

Yenidən Əlcəzair millisinə qayıdan 29 yaşlı futbolçu ayın ən yaxşı 4-cü afrikalısı olub. O, 12 min 840 azarkeşin səsini toplayıb.

Səsvermədə ümumilikdə 105 min 473 azarkeş iştirak edib. Ayın ən yaxşı futbolçusu isə qvineyalı Serj Qirassi seçilib.

1. Serj Qirassi (Qvineya, “Ştutqart”) - 27,21% (28698 səs)

2. Yoan Vissa (Konqo, “Brentford”) - 21,01% (22164)

3. Pyer-Emerik Obameyanq (Qabon, “Marsel”) - 16,75% (17671)

4. Yassin Benzia (Əlcəzair, “Qarabağ”) - 12,17% (12840)

5. Nikolas Cekson (Seneqal, “Çelsi”) - 9,04% (9535)

6. Ayub El Kabi (Mərakeş, “Olimpiakos”) - 7,25% (7648)

7. Umar Diakite (Fil Dişi Sahili, “Reyms”) - 6,56% (6917).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest