PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə ilk oyun haqda danışıb.
 
Matc.az xəbər verir ki, mütəxəssis bu cür nəticəni gözləmədiyini etiraf edib:
 
"Açığı, bu gözlədiyimiz nəticə deyil, amma müsbət şeylərə baxmalıyıq. Qarşılaşmanı sakitcə təhlil edəcəyik. Hesab edirəm ki, tamaşaçı üçün çox yaxşı, məğlub olan məşqçi üçün daha az xeyirli matç oldu. Amma biz təkmilləşəcəyik. Barselonada nə etməli olduğumuz barədə müsbət düşünəcəyik və bu, yalnız matçı final kimi qəbul etmək, qələbəyə getməkdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest