19 Aprel 2024, 21:20
FUTBOL
“Atalanta”nın müdafiəçisi Berat Cimsiti Avropa Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, albaniyalı "Liverpul"la 1/4 finalın cavab oyununda (0:1) 6 dəfə topu qazanıb və 73% dəqiq ötürmə edib. Səsvermədə futbolçu Cordan Veretout ("Marsel"), Canluka Mançini ("Roma") və Matey Kovarı ("Bayer") qabaqlayıb.
Konfrans Liqasında ən yaxşı PAOK-la görüşdə (2:0) iki qol vuran "Brügge"nin hücumçusu Ferran Hutqla olub. Mükafata digər iddiaçılar Konstantinos Tsolakis (“Olimpiakos”), Metti Keş (“Aston Villa”) və Kriştiano Biraqi (“Fiorentina”) olub.