“Barselona”nın gənc ulduzu Lamin Yamal yeni rekorda imza atıb.  Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu FIFPRO-nun 2026-cı il rəmzi komandasına seçilməklə 20 yaşına çatmamış iki dəfə bu siyahıda yer alan ilk oyunçu olub.

İspaniyalı vinger ötən il də peşəkar futbolçuların səsverməsi nəticəsində dünyanın ən yaxşı 11 futbolçusu sırasına daxil edilmişdi.

Yamal bu dəfə Lionel Messi, Kilian Mbappe və Erlinq Haalandla birlikdə hücum xəttində yer alıb.

Qeyd edək ki, FIFPRO-nun rəmzi komandası dünyanın müxtəlif ölkələrindən olan peşəkar futbolçuların səsverməsi əsasında müəyyənləşdirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest