"Barselona"nın prezidenti Joan Laporta klubun La Liqanın 32-ci turunun "Real"la matçının (2:3) təkrar keçirilməsini tələb edə biləcəyini istisna etməyib.
 
Matc.az xəbər verir ki, birinci hissədə baş hakim Sezar Soto VAR ilə əlaqə saxladıqdan sonra topun qapı xəttini tam keçmədiyini nəzərə alaraq Kataloniya komandasının cinah oyunçusu Lamin Yamalın qolunu saymayıb.
 
Qeyd edək ki, İspaniyada avtomatik qol aşkarlama sistemi yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest