İngiltərə Premyer Liqasının XXXIV turunda “Tottenhem”lə keçirilən səfər oyunu “Mançester Yunayted” üçün əlamətdar olub. Matc.az xəbər verir ki, start heyətində meydana çıxan braziliyalı qolkiper üçün bu, yubiley görüşü olub.

Belə ki, Ederson “şəhərlilər”in heyətində Premyer Liqada 250-ci qarşılaşmasını keçirib. Rəqibi üzərində 2:0 hesablı qələbə qazanan “Mançester Siti” son tur öncəsi 88 xalla turnir cədvəlinə başçılıq edir. Ederson isə 69-cu dəqiqədə zədələnərək əvəzlənib.

Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin qapısını qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest