Əfsanəvi italiyalı qapıçı Canluici Buffon AVRO-2024-lə bağlı təəssüratlarını bölüşüb. Matc.az xəbər verir ki, sabiq qolkiper Avropa çempionatındakı əsas favoritini açıqlayıb.

O, uzun illər şərəfini qoruduğu İtaliya yığması barədə də fikrini bildirib: “Heyət baxımından ən güclü komanda Fransadı. Komanda üç fərqli heyət meydana çıxara, hər bir heyət yarımfinala və ya hətta finala yüksələ bilər. Bir çox komanda kubok uğrunda yarışa bilər. İtaliya isə heç kimin qarşısında özünü məğlub hiss etməmək üçün yaxşı təəssürat yaratmalıdı”.

Qeyd edək ki, AVRO-2024 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest