Futbol üzrə İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri AVRO-2024-ün ən yaxşı oyunçusu seçilib. Bununla da o, Avropa çempionatının ən yaxşı oyunçusu olan üçüncü ispaniyalı futbolçu olub.

Matc.az xəbər verir ki, ondan əvvəl bu mükafatı yarımmüdafiəçilər Xavi (2008) və Andres İnyesta (2012) alıblar.

Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa kubokunu qazanıb. Bu, bütün komandalar arasında rekord göstəricidir. İspanlar AVRO-2024-dən əlavə 1964, 1984, 2008, 2012-ci illərdə də turnirin finalında çıxış ediblər. Bu dörd qarşılaşmadan üç görüşdə (1984-cü ildəki oyun istisna olmaqla) İspaniya qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest