Münhen "Bavariya"sı son 2 ildə ilk dəfə olaraq Bundesliqanın turnir cədvəlində liderliyi əldən verib.
Matc.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Sky Sport Germany" telekanalı məlumat yayıb.
Bildirilir ki, Bundesliqanın II turunda "Şalke" ilə 0:0 hesablı heç-heçə edən Münhen təmsilçisi Vensan Kompaninin rəhbərliyi altında turun yekunlarına görə turnir cədvəlinin zirvəsində qərarlaşa bilməyib.
Bununla da "Bavariya"nın 67 tur ərzində Bundesliqada liderliyi heç kimə güzəştə getmədiyi rekord seriyası qırılıb. Münhenlilər sonuncu dəfə 2024/25 mövsümünün II turunun yekunlarına əsasən çempionatın lideri statusunu itirmişdilər.
Turnir cədvəlinin zirvəsində ardıcıl 67 tur davam edən bu seriya Bundesliqa tarixi üçün mütləq rekorddur. Əvvəlki rekord 43 turdan ibarət olub və bu uğur da 1972–1973-cü illərdə məhz "Bavariya" tərəfindən müəyyənləşdirilib.
Bundan əlavə, Münhen klubu 2025-ci ilin fevralından bəri ilk dəfə olaraq Bundesliqa matçında meydanı qol vurmadan tərk edib.













