48 yaşlı mütəxəssis Brahim Hemdani Əlcəzairin əsas milli komandasının baş məşqçisi təyin olunub.

Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasındakı əməkdaşlığın müddəti və müqavilənin maliyyə detalları açıqlanmır. Lakin o məlumdur ki, onun köməkçisi vəzifəsinə Antar Yahya təyin edilib, komandanın baş meneceri isə Musa Saib olub.

Hemdani bu postda Vladimir Petkoviçi əvəzləyib. Sonuncu mütəxəssis "səhra tülküləri" 2026-cı il dünya çempionatının 1/16 finalında İsveçrəyə uduzaraq (0:2) turnirlə vidalaşdıqdan sonra yığmadan ayrılıb.

Qeyd edək ki, yeni baş məşqçi bu ilin yayında Əlcəzairin gənclərdən ibarət yığmasında çalışıb.

Hemdani futbolçu karyerası ərzində klub səviyyəsində 322 matça çıxıb, bu oyunlarda 9 qol və 4 məhsuldar ötürmə ilə yaddaqalan olub. O, karyerası ərzində "Rasinq", "Kann", "Strasburq", "Marsel" və "Reyncers" kimi komandaların şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest