"Fiorentina" Fabio Qrossonun komandanın baş məşqçisi vəzifəsindən azad edildiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi bəyanat yayıb.

Komandanın A Seriyasının 3-cü turunda "Torino"ya məğlubiyyətindən (1:2) sonra verilən qərarda bu sözlər yer alıb: "Fiorentina" bəyan edir ki, Fabio Qrosso bu gündən etibarən əsas kişi komandasının baş məşqçisi vəzifəsindən azad edilib".

Təcrübəli mütəxəssis İtaliya klubunun sükanı arxasına cari il iyunun 8-də keçmişdi və onun Florensiya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, A Seriyasının geridə qalan üç start turunda "Fiorentina" ardıcıl olaraq "Roma"ya (0:4), "Frozinone"yə (0:3) və "Torino"ya uduzub. Hazırda komanda aktivində xalı olmayan İtaliya çempionatının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest