Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib.

Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib.

Matc.az xəbər verir ki, "Zirə"nin kapitanının yubileyi Azərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.

"Sabah"la görüşdə (0:5) 250-ci matçına çıxan futbolçu 15 qola imza atıb.

Debütü 2014/15 mövsümünə təsadüf edən futbolçu 2 klubda forma geyinib. O, "Qəbələ"də 70 oyunda 1, "Zirə"də 180 matçda 14 dəfə fərqlənib.

Qeyd edək ki, Qismət turnirin tarixinə 250 və ya daha çox oyun keçirən 78-ci futbolçu kimi düşüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest