Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Turan Tovuz” növbəti transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, Tovuz klubu Rüfət Əhmədovla 2+1 illik müqavilə bağlayıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı futbolçu son mövsümü icarə əsasında “Kəpəz”də keçirib.

Qeyd edək ki, müdafiənin hər iki cinahında oyanayan futbolçu 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində 8 oyunda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest