Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ölkəmiz üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq.
Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb.
Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbayan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.