Bakıda baş tutacaq qarşılaşma Danimarkadan olan ədalət təmsilçilərinə həvalə edilib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun hakimləri dəyişdirilib. Matc.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşma Danimarkadan olan ədalət təmsilçilərinə həvalə edilib.

Qarşılaşmanın baş hakimi Yakob Sandberq olacaq. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yakob Karlsen icra edəcək. VAR hakimi Yonas Hansenə Yens Maae yardımçı olacaq.

Bundan əvvəl görüşə ukraynalı hakimlər təyinat almışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest