Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələri paytaxtımıza növbəti dəfə səfər edib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, budəfəki səfər Bakı Olimpiya Stadionunda ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb.

Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti müsbət qiymətləndiriblər. Avropa Liqasının final oyununun təşkili ilə əlaqədar Əməliyyat Qrupunun Bakı Olimpiya Stadionunda yerləşən ofisində UEFA-nı təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb.

Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununa qədər qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest