92 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşə vəsiqə qazanmasına münasibət bildirib
“Parisdə ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm”. Matc.az xəbər verir ki, bunu Fransada keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi instaqram səhifəsində yazıb.
92 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşə vəsiqə qazanmasına münasibət bildirib: “Şükürlər olsun ki, bu anları yaşamaq imkanım oldu. Azərbaycan xalqına təşəkkürümü bildirirəm, məni öz oğulları kimi qəbul etdilər və olimpiadada çıxış etməyə şans yaratdılar”.
Qeyd edək ki, Alfonso Dominqes finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla qarşılaşacaq. Avqustun 10-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:34-də start götürəcək.