Avropa Boks Konfederasiyasının (EUBC) baş katibi Kirill Şekutiyev 2024-cü il Olimpiya Oyunlarında qadın boksunda gender testindən keçə bilməyən əlcəzairli İman Xəlifin qızıl medal qazanmasını şərh edib.
Matc.az xəbər verir ki, Şekutiyev əlcəzairli idmançının çıxışını biabırçı adlandırıb.
“Qadınlar arasında çimərlik voleybolu finalını məmnuniyyətlə izlədim. Allaha şükürlər olsun ki, hələ orada transgender yoxdur, oyunun gözəlliyini müşahidə edə bilərsiniz. Qadın boksu 2024-cü il Olimpiadasında dəfn edildi. Biabırçılıq!”.
Xatırladaq ki, ötən gün İman Xəlif Paris-2024-də 66 kq çəki dərəcəsinin finalında çinli Yanq Liu üzərində qələbə qazanıb.
O, 2023-cü ilin yazında Yeni Dehlidə keçirilən Dünya Çempionatı zamanı testosteron səviyyəsi testinə əsasən Beynəlxalq Boks Federasiyası tərəfindən diskvalifikasiya edilmişdi. Lakin buna baxmayaqraq, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ona 2024-cü il Paris Olimpiadasında iştirak hüququ verilib.