2020-ci il Fransa çempionu, 22 yaşlı atlet Alessia Zarbo Pari-2024-də keçirilən Olimpiya Oyunlarında 10 min metr məsafəyə qaçışın finalında çıxışını başa vura bilməyib.
Matc.az xəbər verir ki, Zarbo yarışın sonuna 26 dəqiqə qalmış (finişə bir neçə dövrə qalmış) huşunu itirərək qaçış zolağına yıxılıb. Stadion işçiləri dərhal onun yanına qaçaraq ilkin tibbi yardım göstərməyə başlayıblar.
Yarışlar davam edib. Bir müddət sonra Zarbo xərəklə qaçış zolağından çıxarılıb. Hazırda onun vəziyyəti və yıxılma səbəbləri məlum deyil.
Qeyd edək ki, keniyalı Beatris Çebet qadınlar arasında 10 min metr məsafəyə qaçışda Olimpiya çempionu olub. Gümüş medala italiyalı Nadia Battokletti sahib olub. Bürünc medalı isə niderlandlı Sifan Hassan qazanıb.