Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan XXXIII Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizə aparıb.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan XXXIII Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizə aparıb.

Matc.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalarla bacarığını göstərib. Komandamız 34.850 xala layiq görülüb.

Millimiz ikinci çıxışında 3 lent və 2 topla səhnəyə çıxıb və 31.600 xala layiq görülüb. Azərbaycan yığması ümumilikdə 66.450 xal toplayaraq, yekunda 5-ci pilləni tutub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest