Fransanın paytaxtı Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunları davam edir.

Matc.az xəbər verir ki, medal əyarında bu günə olan sıralamada zirvədəki ilk “üçlük” dəyişməz olaraq qalıb. Lakin ABŞ-la Çin yer dəyişdirib.

Çin 39 qızıl, 27 gümüş və 24 bürünc (cəmi 90 medal) medal qazanaraq yenidən zirvəyə yüksəlib.

ABŞ isə 37 qızıl, 42 gümüş və 42 bürünclə (cəmi 121 medal) ikinciliyə geriləyib.

Avstraliyanın 18 qızıl, 18 gümüş və 14 bürünc (cəmi 50 medal) medalla üçüncü sıradakı yeri dəyişməz qalıb.

Qeyd edək ki, Azərbaycan bu gün də aktivinə medal əlavə edə bilib. Lakin buna baxmayaraq 2 qızıl, 2 gümüş və 2 bürünclə dörd pillə geriləyərək 28-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest