14 Avqust 2024, 22:46
FUTBOL
Bu gün Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal oyununda “Əl-Nəsr” ilə “Əl-Tavun” qarşılaşıb.
Matc.az xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində Kriştiano Ronaldonun ötürməsi ilə Yaman Yahya “Əl-Nəsr”i hesabda önə keçirib. İkinci hissənin əvvəlində isə portuqaliyalı ulduz futbolçu özü qol vuraraq görüşdə yekun hesabı müəyyənləşdirib – 0:2.
Qeyd edək ki, “Əl-Nəsr” Superkubokunun finalında “Əl-Hilal” ilə qarşılaşacaq.