Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona həmyerlisi Lionel Messi ilə bağlı dediyi sözlərin təhrif olunduğunu söyləyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, "Barselona"nın kapitanını dünyanın ən yaxşısı sayır.

Maradona Leo ilə dost olduğunu da vurğulayıb: "Məni Messi ilə üzbəüz qoymaq istəyən insanlar var. çünki onunla dostluğumuz jurnalistlərin düşündüyündən də möhkəmdi. Messinin necə olduğunu çox yaxşı bilirəm. O, dünyanın ən güclüsüdü. Elə insanlar var ki, oyundan əvvəl 20 dəfə tualetə gedir. Amma mən bunu Messiyə şamil etməmişdim".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest