"Oyuna pis başladıq. Təəssüf ki, yenə qırmızı vərəqə aldıq". Matç.az saytı xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının VIII turunun "Sabah"la görüşü (0:1) barədə fikirlərini oyunsonrası mətbuat konfransında açıqlayıb: "Hələ ilk hissədən azlıqda qaldıq. İkinci hissədəki dəyişiklikdən sonra kənardan görünürdü ki, üstünlük bizdədi. Əfsuslar olsun ki, yüzfaizli qol epizodundan istifadə edə bilmədik. İkinci hissə bizim, ilk hissə "Sabah" üçün maraqlı oldu. Rəqib qol şansından istifadə etdi".

Mənbə: sumqayitpfc.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest