Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək futsal üzrə Azərbaycan millisinin Bakıda toplanışı başlayıb. Matc.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək. Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.
Emin Kürdov (“Araz-Naxçıvan”)
Vladislav Reznov (“Araz-Naxçıvan”)
Kamran Hacıyev (“Baku Fire”)
Emil Həsənzadə (“Araz-Naxçıvan”)
Xəzər Ağalızadə (“Araz-Naxçıvan”)
İlham Alıyev (“Araz-Naxçıvan”)
Tofiq Mikayılov (“Baku Fire”)
Nurlan Mehdizadə (“Baku Fire”)
Oktay Rüstəmli (“Baku Fire”)
Fərid Abbasov (“Baku Fire”)
Fərid Atakişiyev (“Neftçi İK”)
Ülvi Əliyev (“Araz-Naxçıvan”)
Mirzə Əmirov (“Neftçi İK”)
Eldar Zeynalov (“Neftçi İK”)
Seymur Məmmədov (“Neftçi İK”)
Murad Quluzadə (“Baku Fire”)