"Azarkeşlərimiz milli komandaya yaraşan atmosfer yaratmışdılar. Biz həmişə zirvə üçün oynamalıyıq”. Matc.az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının futbolçusu Kərəm Aktürkoğlu deyib.

25 yaşlı futbolçu Millətlər Liqasının 2-ci turunda İslandiya ilə matçda (3:1) het-trik müəllifi olub. Qarşılaşmadan sonra fikirlərini bölüşən Kərəm çox xoşbəxt olduğunu bildirib: “Ən qısa zamanda B liqasına yüksəlmək istəyirik. Hədəflərimizə çatacağıq. İslandiyaya 3 qol vurduğum çox xoşbəxtəm. Bunu tək deyil, komanda yoldaşlarım sayəsində bacardım”.

Bugünlərdə “Qalatasaray”dan “Benfika”ya transfer olunan Aktürkoğlu bu barədə də danışıb: “Bu yerlərə “Qalatasaray"ın dəstəyi sayəsində çatmışam. Üzərimdə hər kəsin əməyi var. İnşallah, Portuqaliyadakı karyeram uğurlu alınar”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest