Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Matc.az xəbər verir ki, ölkə başçısı Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan paraatletlər Lamiyə Vəliyeva və Orxan Aslanovu “Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, idmançıların hər ikisi builki Paralimpiya Oyunlarında bir qızıl və bir gümüş olmaqla ayrılıqda iki medal qazanıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest