"çelsi" kapitanı Eden Azara yeni müqavilə təklif etməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" onu satmaq niyyətində deyil.

"Real"ın israrla heyətinə qatmaq istədiyi Belçika millisinin üzvü ilə London təmsilçisi yeni sözləşmə imzalamaq fikrindədi. 27 yaşlı oyunçu buna razılıq versə, həftəlik məvacibi 396 min avro olacaq. Bununla o, Premyer Liqada ən çox maaş alan futbolçuya çevriləcək.

Qeyd edək ki, Eden Azarın "çelsi" ilə hazırkı müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest