20 Sentyabr 2024, 18:36
ÇEMPİONLAR LİQASI
"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Florian Virts Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun ən yaxşı oyunçusu seçilib.
"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Florian Virts Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Azarkeşlərin səsverməsində gənc leverkuzenli yarımmüdafiəçi "Bavariya"nın hücumçusu Harri Keyni, "Borussiya"nın hücumameyilli yarımmüdafiəçisi Ceymi Baynov-Gittensi və "Atletiko"nun hücumçusu Antuan Qrizmanı qabaqlayıb.
Xatırladaq ki, "Bayer" səfərdə "Feyenoord"u məğlub edib (4:0), Virts isə dubla imza atıb.