"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm 31 yaşlı ingilis Bundesliqada 31 matçda 26 qol vurub və turnirin bombardiri siyahısında birinci yeri tutub. Keyn həmçinin 8 məhsuldar ötürmə edib, "qol + ötürmə" sisteminə görə də ən məhsuldar oyunçu olub.

Qeyd edək ki, Almaniya çempionluğunu qazanan Keyn karyerasında ilk kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest