Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turundas "Qarabağ" ilk oyununa çıxıb.

Matc.az xəbər verir ki, təmsilçimiz səfərdə "Tottenhem"in qonağı olub.

Qarşılaşmanın 8-ci dəqiqəsində rəqib azlıqda qaldı. Oyunun 58-ci dəqiqəsində isə Toral Bayramov penaltidən yararlana bilmədi. Qurban Qurbanovun komandasının bir çox qol şansları olsa da, 3 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, "Qarabağ" növbəti matçını 3 oktyabrda "Malmö"yə qarşı keçirəcək.

UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr

"Tottenhem" – "Qarabağ" - 3:0
Qollar: 
Brennan Yonson, 12, Pape Sarr, 53, Dominik Solanke, 69
Qırmızı vərəqə: Radu Draquşin, 8
Hakimlər: Villi Delajoda, Ervan Finyean və Filipp Jann, Tomas Leonard 
"Tottenhem" stadionu


"Tottenhem": 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven.
Ehtiyat oyunçular: Forster, Austin, Maddison, Udogie, Verner, Kuluşevski, Pedro, Bentanku, Lankserar, Moore.

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 8. Marko Yankoviç 30. Abbas Hüseynov, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Adday.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest