"Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın böyük ehtimalla Turin klubundan ayrılacaq.
Matc.az xəbər verir ki, futbolçunun agentləri hazırda onun üçün karyera variantlarını araşdırırlar.
Poqbaya Səudiyyə Ərəbistanı çempionatı və MLS təmsilçiləri maraq göstərir.
Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi Pol Poqbanın dopinq testi müsbət çıxıb. Fevralın 29-da antidopinq məhkəməsi onun 4 il müddətinə futboldan kənarlaşdırılması qərarı çıxardıb. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti verib.
Oktyabrın 4-də məlum olub ki, İdman Arbitraj Məhkəməsi (CAS) 31 yaşlı futbolçunun dopinq qəbul etdiyinə görə diskvalifikasiya müddətini 4 ildən bir il yarıma endirib.