Mövsüm boyu Premyer Liqaya liderlik etməsinə baxmayaraq, sonda çempionluğu əldən verən "Neftçi"nin ikinci yeri tutması ən çox azarkeşləri qəzəbləndirib. Matc.az saytının məlumatına görə, "ağ-qaralar"ın fanatları bu nəticəni uğursuz hesab edirlər.

Xüsusən də, "Forza "Neftçi" fan-klubu rəhbərlikdən bunun hesabatını istəyir. Onlar mövsümün sonunda heyətdə dəyişikliklərin tərəfdarıdırlar.

Fan-klubun rəhbəri Sübhan Əliyev feysbukdakı paylaşımında öncə müdafiəçi Tural Axundovun qovulmalı olduğunu yazıb. Futbolçunun şəklini fan-klubun səhifəsində paylaşan Əliyev onu "Neftçi"yə layiq görmür: "Ən birinci "Neftçi"dən bu .....ı qovmaq lazımdı. Bunun əynində o şərəfli forma olmamalıdı. Vaxtında doğma klubu "Sumqayıt"a ibnəlik edib zəif oynayan indi "Neftçi" forması qədrini hardan biləcək?"

Fan-klubun digər üzvləri də rəhbərin fikrini dəstəkləyib, Tural Axundovun "Neftçi" üçün yararsız futbolçu olduğunu əlavə ediblər. Əksəriyyəti isə uğursuzluğa görə futbolçulardan sonra rəhbərliyi, konkret olaraq prezident Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovu günahlandırıb. Onlar ilk növbədə məhz bu şəxslərin qovulmalı olduğunu söyləyiblər. Fanatlar Tural Axundova "Neftçi"də məhz Kamran Quliyev və Ceyhun Sultanovun "daydayı"lıq etdiyini yazıblar.

Qeyd edək ki, Tural Axundov "Neftçi"yə cari mövsümün əvvəlində "Sumqayıt"dan keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest