Hindistanın "Mohun Baqan" klubu Asiya Çempionlar Liqasının II Divizionundan qovulub.

Matc.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

Buna "Mohun Baqan"ın Çempionlar Liqasının II turunun "Traktor"la oyun üçün Təbrizə gəlməməsi səbəb olub.

Sözügedən qarşılaşma oktyabrın 2-də baş tutmalı idi.

Qeyd edək ki, "Mohun Baqan" altıqat Hindistan çempionu və son ölkə çempionatının qalibidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest