PSJ, "Çelsi" və "Bavariya"nın sabiq baş məşqçisi Tomas Tuxel İngiltərə millisinə rəhbərlik edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Kristian Falk məlumat paylaşıb.

Bildirirlir ki, İngiltərə millisi hazırda alman məşqçi ilə danışıqlar mərhələsindədir.

Xatırladq ki, 51 yaşlı mütəxəssis daha əvvəl İngiltərədə çalışıb. O, 2021-2022-ci illərdə "Çelsi"yə rəhbərlik edib.

Tuçelin son iş yeri 2023-cü ilin martından 2024-cü ilin iyununa kimi çalışdığı "Bavariya" olub.

Hazırda İngiltərə millisinin müvəqqəti baş məşqçisi Li Karslidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest