"Burda ilk titulumu qazandığım üçün çox xoşbəxtəm. Ümid edirəm ki, bu hələ başlanğıcdı. Bura "Qarabağ"a kömək etmək üçün gəlmişdim. Tanrıya minnətdaram ki, hər şey təsəvvür etdiyim kimi oldu. İlk gündən hədəfimiz yarışdığımız bütün turnirlərdə güclü çıxış etmək idi".

"Burda ilk titulumu qazandığım üçün çox xoşbəxtəm. ümid edirəm ki, bu hələ başlanğıcdı". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Vaqner da Silva deyib.

ölkəsində terra.com.br saytına açıqlama verən təcrübəli qolkiper Azərbaycan çempionu olması ilə bağlı təəssüratlarını bölüşüb.

O, mövsüm boyu çəkdikləri əziyyətin bəhrəsini gördüklərini vurğulayıb: "Bura "Qarabağ"a kömək etmək üçün gəlmişdim. Tanrıya minnətdaram ki, hər şey təsəvvür etdiyim kimi oldu. İlk gündən hədəfimiz yarışdığımız bütün turnirlərdə güclü çıxış etmək idi. Bu çempionluq da ilk gündən çəkdiyimiz əziyyətin bəhrəsidi".

33 yaşlı qapıçı ölkəmizə uyğunlaşmaqda problem yaşamadığını əlavə edib: "Azərbaycana çox tez uyğunlaşdım. Bura fərqli ölkədi. Yeni mədəniyyətə açıq olmağınız vacibdi. Şəhər xoşuma gəlir, həmçinin ailəmin də. Sakit yerdi və çox yaxşı yaşamaq olar. Bilik və yeni mədəniyyətə uyğunlaşma futbolçu həyatının bir hissəsidi. Xoşbəxtlikdən bu məndə alındı".

Qeyd edək ki, Vaqner da Silva "Qarabağ"a mövsümün əvvəlində "Muskron"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest