"Bakıya da gedəcəyik. Məndə bu hiss var. "Çelsi" sabah 2 top fərqi ilə önə keçsə belə, futbolçularımız savaşacaq. Onların 90+4-cü dəqiqədə hesabı 2:2 etmələrinə də razıyıq. Finala çıxsaq, mütləq Bakıya gedəcəm".

"Ayntraxt" Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda sabah "çelsi"nin qonağı olacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, artıq minlərlə fanat Frankfurtdan Londona yollanıb.

Almaniya mətbuatı London küçələrində ölkələrindən gələn azarkeşlərlə sorğu keçirib. Frankfurt təmsilçisi ötən həftəsonu Bundesliqa çərçivəsində "Bayer"ə 1:6 hesabı ilə məğlub olmasına baxmayaraq, azarkeşlər sevimli komandalarının Avropa Liqasında finala adlayacağına inanır.

Fanatlardan biri hətta sabahkı görüşlə bağlı proqnoz da verib: "Bakıya da gedəcəyik. Məndə bu hiss var. "çelsi" sabah 2 top fərqi ilə önə keçsə belə, futbolçularımız savaşacaq. Onların 90+4-cü dəqiqədə hesabı 2:2 etmələrinə də razıyıq. Finala çıxsaq, mütləq Bakıya gedəcəm. çünki final bizim üçün artıq xəyaldı. Biletin qiyməti nə qədər olursa-olsun, gedəcəm. Bakı səfəri üçün günlük təyyarə uçuşundan yararlanmaq istəyirəm. Orda bir gecə qalmaq rahat olardı. Amma belədə şəhərimizdəki bayramı qaçıra bilərəm".

Qeyd edək ki, "Ayntraxt" ilk oyunda öz meydanında "çelsi" ilə heç-heçə edib - 1:1. Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest