Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində hər iki qarşılaşma eyni vaxtda baş tutub.
İlk dəfə Azərbaycanın ev sahibliyi edəcək avrokubokların finalının iştirakçıları da bu görüşlərdən sonra bəlli olub. Yarımfinalda iki komanda ilə təmsil olunan İngiltərənin klublarından biri evdə, digər səfərdə meydana çıxıb.
"Arsenal" İspaniyada "Valensiya"nın qonağı olub. İndiyədək bu turnirin qalibi olmayan London təmsilçisi evdə qazandığı 3:1 hesablı üstünlüyü səfərdə də qoruyub. "Yarasalar"ın 15 il əvvəl qazandığı kuboka yenidən sahib olmaq arzusu ürəyində qalıb. İspaniyadan da qalibiyyətlə dönən "Arsenal" adını finala yazdırıb.
Digər matçda "çelsi" "Ayntraxt"ı qəbul edib. Ayntraxtdakı nəticə Londonda da təkrarlandığından, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Bu müddətdə də heç kim üstünlüyü ələ keçirə bilməyib. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Həlledici zərbələrdə daha dəqiq oynayan "çelsi" finala yüksəlib.
Beləliklə, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda ingilis klubları "Arsenal"la "çelsi" üz-üzə gələcək.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
"Valensiya" (İspaniya) – "Arsenal" (İngiltərə) - 2:4
Qollar: Qameyro, 11, 58 - Obameyanq, 17, 69, 89; Lyakazett, 50
Valensiya. "Mestalya" stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 1:3
"Valensiya": Neto (q), Qabriel, Qonsalo Quedeş, Kevin Gameyro, Daniel Parexo (k), Jose Gaya, Fransis Koquelin, Daniel Vass, Rodrigo, Kristiano Piççini, Ezequiel Garay
Ehtiyat oyunçular: Xaume Domenek, Muktar Diakabi, Toni Lato, Fakundo Ronkalya, Karlos Soler, Ferran Torres, Santi Mina
"Arsenal": Peter çex (q), Sokratis Papastatopolus, Lorent Koselini, Aleksandre Lyakazett, Məsut özil, Lukas Torreyra, Pyer-Emerik Abameyanq, Maitland Niles, Naço Monreal, Sead Kolasinaç, Granit Xaka
Ehtiyat oyunçular: Bernd Leno, Şkodran Mustafi, Matteo Qenduzi, Eddi Nketia, Mohammed El-Neni, Aleks İvobi, Henrix Mxitaryan
"çelsi" (İngiltərə) – "Ayntraxt" (Almaniya) - 1:1 (penaltilərlə 4:3)
Qollar: Loftus-çek, 28 - Yoviç, 48
London. "Stemford Bric" stadionu. Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
İlk oyun – 1:1
"çelsi": Kepa Arrisabalaqa, Emerson, David Luis, Andreas Kristensen, Sesar Aspilikueta, Mateo Kovaçiç, Jorjinyo, Ruben Loftus-çik, Eden Azar, Villian, Olivye Jiru.
Ehtiyat oyunçular: Villi Kabalyero, Markos Alonso, Ross Barkli, Davide Zappakosta,Qari ri Kexill, Pedro, Qonsalo İquain
"Ayntraxt": Kevin Trapp, Danni da Kosta, David Abraham, Martin Xintereqqer, Simon Falett, Makoto Xasebe, Sebastyan Rode, Ante Rebiç, Miyat Qaçinoviç, Filip Kostiç, Luka Yoviç
Ehtiyat oyunçular: Frederik Rennov, Jelson Fernandes, Evan Ndika, Jonatan de Quzman, Sebastyen Alle, Timoti çandler, Qonsalu Pasensya