Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində III turu start verilib. 

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Qalatasaray" doğma meydanda "Elfsborg"u qəbul edib. 7 qol vurulan qarşılamadan İstanbul klubu qalib ayrılıb.

"Bodo-Qlimt" isə səfərdə "Braqa"nın qonağı olub. Qonaqlar 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, III turun oyunlarına 24 oktyabrda yekun vurulacaq.

UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr

"Qalatasaray" (Türkiyə) – "Elfsborq" (İsveç) - 4:3
Qollar:
İkardi, 28, Petterson, 39 (aq), Yılmaz, 44, Akgün, 83 // Hult, 52, Baidu, 65 (pen), Larsson, 90+2

"Braqa" (Portuqaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2
Qollar:
Niakate, 64 // Evyen, 53, Nielsen, 90+4

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest