"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 12-ci turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
"Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, yaxşı oyun oldu. Ümumən oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi".
Matc.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 12-ci turunun "Qarabağ"la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qələbə qazana bilməməyinizdə "Qarabağ"ın qapıçısının yaxşı oyununun nə qədər təsiri oldu?
- Qapıçı onsuz da yaxşı oynamalıdır.
- Rəqibin "Qarabağ" olması oyun planında sizi nəyisə dəyişməyinizə məcbur etdi?
- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, onların ümumən ustalıqlarını, fərdi ustalıqlarını da nəzərə almışdıq.
- Sirr deyilsə, plan nədən ibarət idi?
- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.
- Liderlə heç-heçə sizi razı salır?
- Desəydik ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.