Bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının final oyununda eyni ölkənin təmsilçiləri iştirak edəcək. ÇL-də final həyəcanı yaşayacaq "Liverpul" və "Tottenhem"dən sonra indi də "Çelsi" və "Arsenal" Avropa Liqasının həlledici görüşündə üz-üzə gələcək.

Bu mövsüm çempionlar Liqası (çL) və Avropa Liqasının (AL) final oyununda eyni ölkənin təmsilçiləri iştirak edəcək. Matc.az saytının məlumatına görə, çL-də final həyəcanı yaşayacaq "Liverpul" və "Tottenhem"dən sonra indi də "çelsi" və "Arsenal" Avropa Liqasının həlledici görüşündə üz-üzə gələcək.

Bu, avrokuboklar tarixində bir ilkdi. Belə ki, indiyə qədər heç vaxt eyni ölkənin təmsilçiləri bir mövsümdə hər iki turnirin finalına yüksəlməmişdi. Müxtəlif illərdə İtaliya, Almaniya və İspaniyanın 3 klubu bunu bacarmışdı.

Həmçinin digər rekord eyni şəhərin təmsilçi sayı ilə bağlı olub. Belə ki, ilk dəfə bir şəhərin 3 təmsilçisi eyni mövsümdə avrokubokun finalına yüksəlib. London klubları "Tottenhem", "çelsi" və "Arsenal" çL və AL-də qalib olmağa çalışacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda "çelsi" - "Arsenal", iyunun 1-də isə "Vanda Metropolitano"da "Liverpul" - "Tottenhem" finalları baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest