Noyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest