Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. "Kasımpaşa" Sami Uğurlu ilə yollarını ayırıb.

Matc.az verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Sami Uğurlu ötən ilin noyabr ayında "Kasımpaşa"nın baş məşqçisi təyin olunmuşdu. Komanda Superliqada 11 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest